İki nəfəri vuran Araz Abdullayevə futbol oynamaq qadağan olundu

iki-neferi-vuran-araz-abdullayeve-futbol-oynamaq-qadagan-olundu
Oxunma sayı: 643

Futbol üzrə Azərbaycanın U-21 yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi xeyli müddət yaşıl meydanlardan kənarda qalacaq.

Bir neçə gün öncə idarə etdiyi avtomobillə iki qadını vuran futbolçu buna görə açılan məhkəmə işi tamamlana qədər futbol oynamayacaq.

Bu haqda “Neftçi” klubunun rəhbərliyi qərar qəbul edib. Klubunda oynamayacağı halda, təbii ki, Abdullayev gənclərdən ibarət yığmaya da dəvət ala bilməyəcək./Azerisport.az/

“Qafqazinfo”nun məlumatına görə, “Neftçi” klubunun futbolçusu Araz Abdullayev martın 28-i idarə etdiyi Nissan markalı avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya aparılıb.