İki nəfərin öldüyü qəza ilə bağlı - Rəsmi açıqlama

iki-neferin-olduyu-qeza-ile-bagli
Oxunma sayı: 2444

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu gün Bakı-Qazax yolunda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, hadisə avtomobil yolunun 82-ci km-də baş verib.

Belə ki, Bakı şəhəri istiqamətində hərəkət edən 10 XN 136 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşının sürücüsü idarəetməni itirərək avtomobili, təmir işləri aparılan ərazidə öncədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq yol kənarında təmir işləri aparan texnikaya çırpıb.

Nəticədə qəza zamanı maşında olan iki sərnişin dünyasını dəyişib, yaralılar var.

Hazırda faktla bağlı araşdırma aparılır.