İki nəfərin ölümünə səbəb olan sürücü dərman qəbul edibmiş

iki-neferin-olumune-sebeb-olan-surucu-derman-qebul-edibmis
Oxunma sayı: 1364

Binə qəsəbəsində marşrut avtobusunun qatarla toqquşması nəticəsində baş verən qəzaya görə təqsirləndirilənlər – avtobusun sürücüsü Əlixan Şirəliyev və xətt üzrə daşıyıcı şirkət olan "Ayşən LTD" MMC-nin dispetçeri Mübariz Fərəcovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, məhkəmədə Ə.Şirəliyev ifadə verərək hadisənin necə baş verməsini danışıb. O bildirib ki, bir neçə ildir 160 saylı marştur xəttində avtobus sürücüsü kimi işləyir: “Hadisə günü mən işləmirdim. Günorta Elşən dedi özünü yaxşı hiss etmir, xahiş etdi ki, onun yerinə işləyim. Mübariz məni yoxladı, reysə çıxdım. Binədən adamları götürüb yola düşdüm. Dəmir yoluna çatanda şlaqbaum açıq idi, önümü görüdüm. Amma sağ tərəfdə sərnişin çox idi deyə sağı görmürdüm. Ona görə də qatarın gəldiyindən xəbərim olmayıb. Bir də avtobus qatarla toqquşanda hiss elədim”.

İstintaq zamanı ekspert rəy verib ki, Ə.Şirəliyev kəsin intoksikasiya yaradan preparat qəbul edib. Lakin sürücü bunu təkzib edib.

Qeyd edək ki, qəza nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Murad Əhməd