İki ölkənin səfiri Bakı Ali Neft Məktəbində olub

iki-olkenin-sefiri-baki-ali-neft-mektebinde-olub
Oxunma sayı: 761


"Qafqazinfo"ya daxil olan məlumata görə, görüş çərçivəsində qonaqlara Bakı Ali Neft Məktəbinin yaranma tarixi, tədrisin təşkili prosesi və beynəlxalq əməkdaşlığın prioritet istiqamətləri haqqında ətraflı məlumat verən ali məktəbin rektoru Elmar Qasımov bildirib ki, bu ali təhsil olacağı yeni fəaliyyətə başlamasına baxmayaraq, əldə etdiyi yüksək nailiyyətlərə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən 2012 və 2013- cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və ali məktəblər arasında mütləq lider olmuşdur. 

E.Qasımov qeyd edib ki, BANM-də tədris sistemi Avropa Kredit Transfer sisteminin tələblərinə uyğun şəkildə təkil olunmuşdur və bu baxımdan Avropanın bu sahədə tanınan, güclü ali təhsil müəssisələri ilə əməkdaşlıq olduqca vacibdir. O vurğulamışdır ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərkib hissəsi olaraq Yunanıstan və Serbiyada fəaliyyət göstərən aparıcı ali təhsil ocaqları ilə Bakı Ali Neft Məktəbi arasında əlaqələrin qurulması məqsədəmüvafiqdir.


Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsunqas Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə, təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün arzuolunan və faydalı ola biləcəyini vurğulayıb.

Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç Bakı Ali Neft Məktəbinə dəvət edildiyinə görə rəhbərliyə öz minnətdarlığını bildirmişdir. Azərbaycanda aparılan uğurlu, strateji islahatları və Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi beynəlxalq layihələri yüksək qiymətləndirdiyini vurğulayan səfir qeyd etmişdir ki, Azərbaycanda neft –qaz sənayesi inkişaf etməkdədir. Bu baxımdan Azərbaycanda müasir standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması olduqca zəruridir.

Görüş zamanı gələcəkdə əməkdaşlıq çərçivəsində universitetlərarası tələbə və müəllim mübadiləsi, müxtəlif proqramlar, daxili əməkdaşlıq, qarşılıqlı səfər və fikir mübadiləsi istiqamətində müzakirələr aparılıb .

Görüşün sonunda qonaqlara Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu verilib.