İki ölkənin səfirləri ilə İngiltərənin müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

iki-olkenin-sefirleri-ile-ingilterenin-muveqqeti-isler-vekili-iran-xin-e-cagirildi
Oxunma sayı: 2492

Hollandiyanın və Danimarkanın səfirləri, həmçinin Böyük Britaniyanın müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nazirliyin nümayəndəsi Əhvaz şəhərində terror aksiyası törədən təşkilatın Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınmamasına İran tərəfinin etirazını çatdırıb. Diplomatların nəzərinə çatdırılıb ki, Avropa İttifaqı Avropa ölkələri ərazisində terror aksiyası törətməyən terror təşkilatlarını terrorçu təşkilatlar kimi tanımır ki, bu da ədalətsizlik və beynəlxalq qanunlara hörmətsizlikdir.

Qeyd edək ki, sentyabrın 22-də İranda törədilmiş terror aksiyası zamanı 28 nəfər həlak olub, 60 nəfər isə xəsarət alıb.