İki oyun, iki heç-heçə

iki-oyun-iki-hec-hece
Oxunma sayı: 657

“Qafqazinfo” xəbər verir ki, hər iki tərəfin qarşılıqlı qolları sayəsində oyun 1-1 hesabı ilə başa çatıb. Maraqlı qarşıdurmanın qol pərdəsini qonaq “Mançester Yunayted” açıb. 20 dəqiqədə künc zərbəsindən sonra Deni Velbek “Yunayted”i 1-0 önə çıxarıb. Lakin 10 dəqiqə sonra Kriştiyano Ronlado keçmiş komandasına başla gözəl qol vurub. Qoldan sonra Ronaldo söz verdiyi kimi sevinməyib. 1-1 hesab ilə başa çatan görüşün nəticəsi ən çox “qırmızı şeytan”lara sərf edir. Bu cütün cavab oyunu martın 5-də “Old Traford”da keçiriləcək.

Digər maraqlı mübarizə “Şaxtyor Donetsk”lə “ Borusiya Dortmumd arasında olub. Bu görüşdə qapılara 4 qol vurulsa da qalib müəyyənləşməyib. Çünki görüş 2-2 hesablı heç-heçə ilə başa çatıb. “Borusiya Dortmund” səfərdə aldığı bu bərabərliklə “Çempionlar Liqa”sındakı məğlubiyyətsizlik seriyasını davam etdirib. Həmçinin evə olduqca qənaətbəxş nəticə ilə yollanıb. “Şaxtyor Donetsk”dən Darius Srna və Duqlas Kosta, “Borusiya Dortmund”dan isə Levandovski və Hummels fərqləniblər.

İqbal