İki piyadanı vurub qaçan sürücülər saxlanıldı

iki-piyadani-vurub-qacan-suruculer-saxlanildi
Oxunma sayı: 723

Bakıda iki piyadanı vurub qaçan sürücülər saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 15-də saat 20 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindən qəsəbə sakini Ə.Rəhimov xəsarətlə xəstəxanaya gətirilib. Onun qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulması məlum olub.

Hadisənin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Həmin avtomobili idarə edən Bakı şəhər sakini M.Abbasov saxlanılıb.

Digər hadisə isə fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini N.Şahverdiyevanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulub və yerindəcə vəfat edib. Qəzanın “Niva” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həmin maşını idarə edən Qızıldaş qəsəbə sakini V.Qasımov saxlanılıb.

Araşdırma aparılır.