“İki qarabağlının hakimiyyət mübarizəsi qəbuledilməzdir”

“İki qarabağlının hakimiyyət mübarizəsi qəbuledilməzdir”
Oxunma sayı: 156

“Media forum” saytının məlumatına görə, Köçəryan seçkiyə qatılmaq niyyətində olmadığını vurğulayıb:“Mənin siyasətə qayıtmamağımın üç başlıca səbəbi var: birincisi, uzun illər silahdaş olmuş iki qarabağlının hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparması mənim üçün qəbuledilməzdir. Bu, bir çoxlarını seçim qarşısında qoyar, müxtəlif spekulyasiyaların mövzusu ola bilərdi. O vaxt Sərkisyanın prezident seçilməsini özüm istəmişəm və onun ikinci müddətə seçilmək istəməsi normaldır. İkincisi, hakimiyyət uğrunda mübarizə aparan üç prezidentin xoşagəlməz, ölkəyə ziyan vuran formatının rəsmiləşdirilməsində iştirak etmək istəməzdim. Üçüncüsü, Ermənistanda siyasi kompromis axtarışı xırım-xırda siyasi alverə çevrilib. Mən buna vaxtımı, biliyimi və təcrübəmi sərf etmək istəməzdim”

Ölkədəki siyasi rəqabətlə bağlı suala Köçəryan belə cavab verib: “Seçkiyə yaxın siyasi rəqabət kuklaya bənzəyir, hakimiyyətin effektiv işləməsinə imkan vermir, cəmiyyətdə ruh düşgünlüyü yaradır. Rəqabətsiz şəraitdə hakimiyyət özünü rahat duysa da, xalq bir qayda olaraq pis yaşayır”.

Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-97-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə Ermənistana baş nazir gətirilib. 1998-2008-cü illərdə bu ölkənin prezidenti olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi