İki qardaşı bıçaqlayan həbs olundu

iki-qardasi-bicaqlayan-hebs-olundu
Oxunma sayı: 730


Sentyabrın 2-də saat 01:35 radələrində Sabunçu rayonu Bünyatov küçəsində Bakı şəhər sakini Sadiq Vəliyev idarə etdiyi «Mercedes» markalı avtomobillə paytaxt sakini Əziz Abışovu vurmuş, o aldığı xəsarətdən xəstəxanaya aparılarkən ölüb.

Sentyabrın 2-də saat 00:45 radələrində Nəsimi rayonu Azadlıq prospektində Bakı şəhər sakini Yaqub Nağıyev idarə etdiyi «Mercedes» markalı avtomobillə Şabran rayon sakini Cavanşir Rüstəmovu vurmuş və o aldığı xəsarətdən hadisə yerində ölüb.

Avqustun 31-də Binəqədi qəsəbəsi I Mədəndə Qazax rayon sakinləri Yaşar Dərgahquliyev və qardaşı Vüqar aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən Y.Dərgahquliyev yolda ölüb, V.Dərgahquliyev isə xəstəxanaya daxil olub. Binəqədi RPİ CAŞ və 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat –axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin gün saat 00:45 radələrində, I Mədəndə qəsəbə sakinləri Valeh Əsədullayev və Elvin Mikayılov Vüqar və Yaşar Dərgahquliyev qardaşlarına bıçaq xəsarətləri yetirərək V.Əsədullayevə məxsus «VAZ-2121» markalı avtomobillə hadisə yerini tərk edib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində onlar avtomobillə birlikdə tutulub.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Əfqan Məmmədov tutulub.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Zahid Zeynalov tutulub.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elnur Kərimov tutulub.

Nizami RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Cəlal Qəhrəmanovdan 100 qramdan artıq tiryək aşkar edilib.