İki qardaşı maşın vurdu

iki-qardasi-masin-vurdu
Oxunma sayı: 631

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, noyabrın 21-də saat 14:00 radələrində Xaçmaz şəhəri ərazisində Şabran şəhər sakini İsrafil Şıxəliyev "VAZ-21154" markalı avtomaşını idarə edərkən şəhər sakinləri 10 yaşlı Harun Cavadovu və onun qardaşı 4 yaşlı Turalı vurub. Xəsarət almış uşaqlar xəstəxanaya yerləşdiriliblər. Noyabrın 26-da orada Tural ölüb, Harunun vəziyyəti isə orta-ağırdır.