İki qəsəbə sakinləri saatlarla avtobus gözləyir...

iki-qesebe-sakinleri-saatlarla-avtobus-gozleyir
Oxunma sayı: 1598

"İki qəsəbəyə cəmi bir avtobus verilib. Ona da saatlarla minmək mümkün olmur”. Bu sözləri Müşfiqabad qəsəbə sakini Məshəti Məmmədova “Qafqazinfo”ya şikayətində deyib.

O bildirib ki, 114 nömrəli marşrut hər zaman ağzına qədər dolu olur və bir o qədər də insan gözləyir:

“Hətta Sulutəpəyə də gedənlər bu avtobusa minir. Dəfələrlə şikayət olunub. Hər dəfə də bəhanə gətirirlər. Heç olmasa insafları olsun. Axı biz də insanıq. Uşaq axşam  saat 7-də dərsdən çıxır, 10-a evə çatır. Neçə avtobus ötürmək məcburiyyətində qalır ki, ən azından minə bilsin.

Keçən dəfə də şikayət olmuşdu ki, insanlar qapıdan sallaşıb gedir. Cavab verilmişdi ki, guya, qapı sınıb insanlar keflərindən sallaşıb”. 

“Qafqazinfo” məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə əlaqə saxlayıb. O bildirib ki, hazırda Bakı ətrafı kənd və qəsəbələrə fəaliyyət göstərən marşrut xətlərində optimallaşdırılma işləri aparılır:

“Bu işlər çərçivəsində qeyd etdiyiniz məsələyə diqqət ediləcək. Araşdırmalar aparılacaq. Əgər yeni marşrut xəttinin açılması lazım gələrsə, açılacaq. Yox intervalda problem varsa, marşurut xətti üzrə hərəkət edən avtobusların sayı artırılacaq”.

Günel Hacı