İki qızı zorlayıb öldürən erməniyə ömürlük həbs

iki-qizi-zorlayib-olduren-ermeniye-omurluk-hebs-
Oxunma sayı: 1462


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki,  2012-ci ildə Moskva vilayətinin Ximki şəhərində iki gənc qızı zorladıqdan sonra öldürən şəxsə ömürlük həbs cəzası verilib. O, cəzasını xüsusi rejimli təcridxanada çəkəcək. Bundan əlavə, məhkəmə Qriqoryanın öldürdüyü qızların ailələrinə 6 milyon rubl cərimə verilməsini tələb edib.

Xatırladaq ki, 2012-ci il iyun ayının 12-si 19 yaşlı rəfiqələr Marqarita Yurkus və Olqa Kryajeva axşam ziyafətindən sonra Moskvaya qayıtmaq üçün taksiyə minib. Qızları lazım olan ünvana aparmağa razılaşan sürücü daha sonra fikrindən dönüb. Taksi sürücüsü, Moldova vətəndaşı olan 25 yaşlı Vadim Qriqoryan yolda maşını meşəliyə sürərək saxlayıb. Maşından düşən Qriqoryan sərnişinləri sürüyərək maşından çıxarıb, amansızcasına döyüb. Qızlara vəhşicəsinə təcavüz edəndən sonra Qriqoryan onları boğaraq öldürüb.

Cəsədlər meşəlikdə aşkarlanandan sonra axtarışlar başlayıb.