İki rayonda silahlar toplandı

İki rayonda silahlar toplandı
Oxunma sayı: 1043

Biləsuvar və Ağdaş rayonlarında sakinlərdən silahlar yığılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, ərazi polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Hapıtlı kənd sakinləri Əhməd Məmmədovdan,  Həsrət Qurbanovdan və Gülüş Əliyevdən ümumilikdə 3 ədəd  “İJ-16”, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən isə Əsgərabad kənd sakini Səfər Səfərovdan 1 ədəd “İJ-58” markalı tüfənglər aşkar edilərək götürülüb.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq məhkəmələrə  göndərilib. 

Həmçinin polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Ağdaş rayonunun Gürcuva kənd sakini Nurlan Əhmədov, Aşağı Nemətabad kənd sakinləri Vüqar Kazımov və Məzahir Rəhimov “İJ-16” və “TOZ-16”, Balakən şəhər sakini İlqar Osmanov nömrəsi silinmiş “İJ-16”, Ağdam rayonunun Əhmədağalı kənd sakini Kərəm Quliyev nömrəsi silinmiş “TOZ-16” markalı tüfəngləri könüllü olaraq aidiyyatı üzrə rayon polis şöbələrinə təhvil veriblər.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi