İki restoran məhkəmənin qərarı ilə bağlandı

iki-restoran-mehkemenin-qerari-ile-baglandi
Oxunma sayı: 3378

““Qızıl balıq” və “Özkardeşlər” adlı iki restoran məhkəmənin qərarı ilə bağlanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. 

Onun sözlərinə görə, Bakı, Gəncə, Sumqayıt şəhəri və Abşeron yarmadasında müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparıb:

“Müsbət haldır ki, artıq onlardan 223-də artıq müasir standartlara cavab verən qurğu quraşdırılıb. Bundan başqa, məhkəmə tərəfindən 17 ictimai-iaşə obyektinin bağlanması istiqamətində işlər görülür”.

Günel Hacı