“İki sahil” 27 yaşında

“İki sahil” 27 yaşında
Oxunma sayı: 684

1991-ci ildən çap edilən “İki sahil” qəzeti artıq 27 ildir ki, milli mətbuatımızın  əqidəsinə sadiq üzvü kimi öz sözünü deyir.

“Qafqazinfo” xəbər verir ki, qəzet dünyada, ölkəmizdə baş verən hadisələrə “bələdçilik” edərək oxucularını məlumatlandırır.

Qəzet Azərbaycanın ictimai-siyasi həyatında özünü təsdiqləyə, işinə bağlı, məsuliyyətli  kollektivin gücü ilə bütün çətinlikləri aradan qaldırmağı bacarıb.

Azərbaycanın inkişaf strategiyasının tətbiqi ilə əldə olunan nailiyyətləri, enerji bazarında qazanılan uğurları işıqlandırmaqla dövlət siyasətinin təbliği istiqamətində böyük rolu olan bu qəzetdə çalışanlar Azərbaycan dövlətçiliyinə daim sadiq olan yaradıcı, sağlam fikirli ziyalılardır.

“İki sahil” öz mövqeyinə sadiqliyi ilə seçilən, dövlətçilik prinsiplərinə sadiq qalan gündəlik qəzetdir. 27 ili arxada qoyaraq bu ucalığa sahib olan “İki sahil”  yenə də oxucuların daim  maraq göstərdiyi qəzetlərdəndir.

“Qafqazinfo” “İki sahil” qəzetini 27 yaşı münasibətilə təbrik edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi