“İki sahil” Neftçilər Günü üçün xüsusi buraxılış hazırlayıb

iki-sahil-neftciler-gunu-ucun-xususi-buraxilis-hazirlayib
Oxunma sayı: 2315

“İki sahil” qəzetinin 20 Sentyabr - Neftçilər Gününə həsr olunmuş növbəti xüsusi buraxılışı çapdan çıxıb.

“Qafqazinfo” xəbər verir ki, 84 səhifəlik xüsusi buraxılış Azərbaycanın neft-qaz sənayesinin 24 ildə keçdiyi inkişaf yolunu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın və onun struktur bölmələrinin fəaliyyətini əks etdirən maraqlı yazıları, foto şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin “SOCAR öz inkişafının yeni mərhələsinə qədəm qoyur” sərlövhəli yazısında Azərbaycanın enerji sektorunda qazandığı uğurlar təhlil edilərək, xüsusi vurğulanır ki, dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən strateji kursu və qarşımızda qoyduğu vəzifələr SOCAR-ı qlobal brend səviyyəsinə qədər yüksəltdi. Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. SOCAR və Azərbaycan üçün taleyüklü olan cari ildə əsas layihələrin tamamlanması inkişafın son nöqtəsi deyil, məhz dönüş nöqtəsidir ki, qarşıda yeni üfiqlər açır və yeni çağırışlar gətirir. Odur ki, əvvəlki layihələr hələ tamamlanmamış yeni layihlələrin təməlini qoymaq SOCAR-ın qarşısında duran ən mühüm vəzifədir.

Yazıda “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində əldə olunan uğurlara, həyata keçirilən layihələrə bir daha diqqət yönəldilərək, ötən ilin sentyabrında “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinə dair 1994-cü ildə 30 il müddətinə bağlanmış sazişin, yəni “Əsrin müqaviləsi”nin vaxtının uzadlıması haqqında müqavilənin imzalanmasından geniş bəhs edilir. Vurğulanır ki, yeni müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilib. 2050-ci ilədək AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək və o vaxtadək bu yataqlara indiyədək qoyulduğu qədər, yəni daha 43 milyard dollar sərmayə qoyulacaq.

Xüsusi buraxılışda SOCAR-ın ayrı-ayrı sahələrdə tətbiq etdiyi yeniliklər, təcrübələr, qazandığı uğurlar ətraflı şəkildə ictimaiyyətə çatdırılır. “Korporativ idarəetmə prinsiplərinə xüsusi önəm verilir”, “Qabaqcıl texnologiya və idarəetmənin tətbiqində yeniliklər”, “SOCAR istiqrazları: təkrar bazar əməliyyatlarının həcmi 160 milyon ABŞ dollarını ötüb”, “Milliləşdirmə siyasəti: Əmin addımlarla qarşıdakı hədəfə doğru”, “SOCAR xaric ölkələrdəki fəaliyyətini uğurla davam etdirir”, “Neft-qaz sənayesinə sərmayə qoyuluşu 100 milyard ABŞ dollarına yaxınlaşır”, “SOCAR-ın təsisçiliyi ilə yaradılan müəssisələrin fəaliyyəti neft və qaz sənayesinin əksər sahələrini əhatə edir”, “Neft-qaz emalı: keyfiyyət yüksəlir”, “STAR” NEZ, Karbamid Zavordu və “SOCAR Polymer”: milli sərvətimizə əlavə dəyər”, “Strateji inkişaf layihələri gələcək üçün təminatdır”, “Xəzər hövzəsindəki yeni yataqlar gələcək perspektivlərdən xəbər verir”, “Yenidənqurma və modernizasiya: keyfiyyət göstəriciləri yüksəlir”, “Yeni texnologiyalar, yeni əməkdaşlığa açılan imkanlar”, “Nəqliyyat sisteminin stimullaşdırılması günün əsas tələblərindəndir”, “Neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması sosial məsuliyyətin tərkib hissəsidir”, “Yüksək səviyyəli iş şəraiti, uğurlu istehsalat göstəriciləri”, “Sağlamlığın təminatı uğurlar üçün əsasdır”, “Müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı fəhlə kadrlar hazırlanır”, “İnsan kapitalının idarə edilməsində beynəlxalq təcrübə”, “Neft-qaz sektorunda İKT-nin inkişafı prioitet sahələrdəndir”, “Bakı Ali Neft Məktəbi təhsildə yeni rekordlara imza atır”, “Qarşıdakı hədəf: ölkə üzrə qazlaşdırma 95 faizə çatdırılmalı”, “Eklogiya sahəsində beynəlxalq əməkdaşlıq və qazanılan uğurlar”, “Lay suları və tullantıların idarə edilməsi, torpaqların təmizlənməsi, ekoloji monitorinqlər”, “Ekologiyanın və təbiətin mühafizəsinə böyük dəstək”, “Geoloqların əsas vəzifəsi: yeni sahələri öyrənmək, perspektivliliyi və riskləri qiymətləndirmək və qazmaya hazırlamaq”, “Yataqların səmərəli işlənməsi üçün müasir geoloji və hidrodinamik modellərdən istifadə olunur”, “İstehsal sahələrinin fasiləsiz istismarı cari və əsaslı təmir tələb edir”, “Asudə vaxtın təşkili, aztəminatlı ailələrə dəstək”, “Neftin qiymətinin artmasında müsbət dinamikanı şərtləndirən amillər”, “Neft məhsullarının ixracı artıb”, “SOCAR-ın reytinq proqnozu stabil inkişaf edir”, “Əsrin müqaviləsi”ndən başlanan yolun uğurları”, “Qazmada tətbiq edilən müasir texnologiyalar, əldə olunan yüksək göstərcilər” sərlövhəli yazılar Neftçilər Günü ilə bağlı son bir ildə görülən işlərin qısa hesabatını və növbəti ilin hədəflərini açıqlayan dəyərli mənbələrdir