İki səbət tut üçün pulsuz konsert verdi

iki-sebet-tut-ucun-pulsuz-konsert-verdi
Oxunma sayı: 720

Türkiyənin tanınmış müğənnisi Cengiz Kurtoğlu qəribə addım atıb. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi iki səbət tutun qarşılığında konsert proqramı ilə çıxış edib. 

Bu barədə Yalova bələdiyə sədri Vefa Salman məlumat verib. 

“Bunu bilməyinizi istəyirəm. Konsert üçün bir qəpik pul vermədik. İki səbət tut istədi, onu verdim. Tutu çox sevirmiş”- deyə Salman açıqlamasında deyib.