“İki təcrübəli lider var: Biri mən, digəri Putin” - Ərdoğan

iki-tecrubeli-lider-var-biri-men-digeri-putin
Oxunma sayı: 2401

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan özünü və rusiyalı lider Vladimir Putini BMT Baş Assambleyasında ən təcrübəli siyasətçi adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan Putinlə bir çox oxşarlıqlarının olduğunu vurğulayıb:

“Bunu çox açıq söyləyə bilərəm. Həm özünə əminlik olaraq, həm də siyasətdəki təcrübəmə əsaslanaraq söyləyirəm. Hazırda BMT Baş Assambleyasında iki təcrübəli siyasi lider var. Bəlkə də var, amma mən başqasını xatırlamıram. Biri Putindir, biri də mən. 

Çünki baş nazir və prezidentlik müddətimizi ardıcıl qoysaq, 15-16 illik təcrübəmiz var”.