İki ukraynalı sərhəçi Rusiyada yoxa çıxıb

iki-ukraynali-serheci-rusiyada-yoxa-cixib
Oxunma sayı: 717

Ukrayna Dövlət Sərhəd Xidmətinin iki əməkdaşı yoxa çıxıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Bildirilir ki, Sum vilayətində monitoriq aparılan zaman hər 2 zabitlə rabitə kəsilib. Ukrayna tərəfi ehtimal edir ki, sərhədçilər Rusiya tərəfdədir. Bu barədə danışan DSX əməkdaşı Oleq Slobodyan “Səhər tezdən Rusiya tərəfi ilə danışdıq, heç kəsi saxlamadıqlarını bildirdilər. Lakin qısa zaman sonra rus KİV-lərində rus sərhədçilərin 2 ukraynalı həmkarlarını saxladıqları barədə məlumatlar yayıldı. Ona görə də artıq rəsmi sorğu göndərmişik”,- deyib.  

Aysel Kərimova