İki uşaq anası konsert verəcək

iki-usaq-anasi-konsert-verecek
Oxunma sayı: 1044

Konsertin təşkilatçısı tanınmış prodüsser təşkilatçı Samir Xattabın “Qafqazinfo”ya verdiyi məlumata görə, Marina Alieva Bakıda verəcəyi konsertdə səhnəni Xuraman Şuşalı ilə bölüşəcək. Konsert “Narkotikə yox deyək” adı altında keçiriləcək. Marina özü dekabrın 12-si Bakıya gələcək.Onun burada klip çəkilişini təşkil etmişəm. Klipin rejissoru Vüqar Vaqifoğludur.Klip məndən Marinaya hədiyyə olacaq. Onu da xatırladım ki, Marinanin Bakıdakı menecerliyini icra edirəm və bütün tədbir və toylara mənim razılığım olmadan dəvət ala bilməz.

Konsertimizə gəldikdə isə həm Xuramandan, həm də Marinadan super performans görəcəksiniz. Bu konsertdə həmçinin digər ulduzlarımız iştirak edəcək.Hamı birlikdə Narkotikə yox deyəcək. Bu konsertin digər konsertlərdən fərqli cəhətlərindən biri də ondadır ki, konsert saat 17:00-da başlayacaq. Çünki hər zaman mənə gileylənirdilər ki, təşkil etdiyim tədbirlər gec başlayır və bir çoxları gec vaxtda gələ bilmirlər. Ona görə də konserti daha tez bir vaxta keçirtməyə qərara aldım.

Xatırladaq ki,konsertin informasiya dəstəyi Qafqazinfo.az saytı və Avropa.az radiosudur. Əlavə məlumat üçün 077 360 70 50 nömrəsinə müraciət edə bilərsiniz.