İki “VAZ-2106” toqquşdu - Xəsarət alan var

iki-vaz-2106-toqqusdu
Oxunma sayı: 1849

Gəncədə iki avtomobil toqquşub.

“Qafqazinfo” APA-ya istinadən  xəbər verir ki,hadisə Gəncə-Samux avtomobil yolunun Gəncə şəhərindən keçən ərazisində baş verib.

“VAZ-2106” markalı iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.