İki yaşayış evində partlayış olub, xəsarət alanlar var

iki-yasayis-evinde-partlayis-olub-xesaret-alanlar-var
Oxunma sayı: 652

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisələrdən biri Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Əhliman Qədirova məxsus yaşayış evində baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə ev sahibi, onun həyat yoldaşı Məlahət və qızı xəsarət alıblar.

Digər hadisə isə Binəqədi rayonu Qəmbərov küçəsi, ev 24 ünvanında baş verib. Bakı şəhər sakini Yaqub Mehdiyevə məxsus 2 mərtəbəli evin mətbəxində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Hər iki faktla bağlı araşdırma aparılır.