İki yaşlı körpə ağcaqanad dərmanı içib zəhərləndi

iki-yasli-korpe-agcaqanad-dermani-icib-zeherlendi
Oxunma sayı: 645

Mingəçevirdə azyaşlı dərmandan zəhərlənib.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə Ş. İ. Xətai küçəsi, ev 16, mənzil 9-da qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü Cahid Fərid oğlu Hüseynlinin qəfil halı pisləşib. C.Hüseynli valideynləri tərəfindən xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Məlum olub ki, körpə ağcaqanad dərmanı içib.