İki yük maşını toqquşdu - Daşlar yola töküldü + Video

iki-yuk-masini-toqqusdu
Oxunma sayı: 2091

Bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralında baş verən qəza yolda hərəkəti iflic edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, səhər saat 05 radələrində Kürdəmir rayonu ərazisində iki yük maşını toqquşub.

Nəticədə hər iki avtomobil aşıb, daşlar yola dağılıb. Bunun nəticəsində bir müddət yol bağlı qalıb.

Sürücülər xəsarət alsa da, ölüm faktı qeydə alınmayıb.