İki yüz yezidi ailəsi Qarabağa köçürülür

iki-yuz-yezidi-ailesi-qarabaga-kocurulur
Oxunma sayı: 1326


“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Dünya və Ermənistan Yezidilər birliyinin sədri məlumat verib. Onun sözlərinə görə, artıq Qarabağ rəhbərliyi bununla bağlı öz razılığını verib.  Aziz Tomayan onu da qeyd edib ki, Ermənistanın yezidilər yaşayan bir sıra kəndlərində artıq pul yığımı aksiyasına da başlanılıb. Toplanmış məbləğ xüsusi hesaba yatırılacaq və həmin vəsaitlə ailələrin köçürülməsi həyata keçiriləcək. Artıq hökumətin də bu məqsədlə 50 min dollar ayırdığını vurğulayıb.