İkimərtəbəli ev yandı

ikimertebeli-ev-yandi
Oxunma sayı: 764


“Qafqazinfo” xəbər verir ki, Quba rayonundan 12 kilometr aralıda yerləşən İkinci Nügədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqdan, aynabənddən ibarət evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.