“İkimiz də boşanmışdıq, yenidən mənə evlilik təklifi etdi”

“İkimiz də boşanmışdıq, yenidən mənə evlilik təklifi etdi”
Oxunma sayı: 7519

“İnstitutun birinci kursunda oxuyarkən tələbə yoldaşımla tanış oldum. Yaşımıza uyğun olaraq çox yaxşı, saf və çox təmiz münasibətlərimiz var idi. Qərar verdik ki, dördüncü kursda nişanlanaq, bitirəndən sonra isə evlənək. Onu 4-cü kursda tələbə düşərgəsinə göndərdilər. Qayıdandan sonra dəyişildiyini hiss etdim, münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq yaşadım, amma o zaman bu, tələb olunurdu”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri məşhur aparıcı Nərgiz Cəlilova yerli brendin “Etiraflar” layihəsinə qonaq olarkən deyib. O, ilk dəfə olaraq şəxsi həyatı barədə maraqlı açıqlamalar verib:

“Bir neçə ay keçəndən sonra televiziyada çalışmağa başladığım, həmin şəxs isə elmi işlər görürdü. Bir gün mənə zəng gəldi, bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Telefonda dedi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim və yenə də ayrıldıq. Sonra ailə qurdum, qızım dünyaya gəldi. O da evləndi,  Amerikaya köçdü.

Üstündən 25 il sonra həmin insandan mənə yenidən zəng gəldi. O dövrdə mən də, o da öz həyat yoldaşlarımızdan ayrılmışdıq. İkimiz də subay idik. 25 ildən sonra o, yenə də evlilik təklif etdi. Təbii ki, razıllıq vermədim. Çünki axar suya ikinci dəfə girmək olmaz. Bu, mənim xasiyyətimdir. Bir neçə il keçdikdən sonra o, ikinci dəfə evləndi, mən isə hələ də təkəm. Hərdən fikirləşirəm ki, ilk məhəbbətim məni rahat buraxmadı”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi