İkinci dəfə ana olmaq istəyir

ikinci-defe-ana-olmaq-isteyir
Oxunma sayı: 646

Milli.Az xəbər verir ki, sənətçi builki planlarından söz açıb:

“Bu həftə “Yağış” adlı mahnımın klip çəkilişlərinə başlayacağıq. Başım elmi işə qarışıb deyə, yaradıcılığa bir müddət ara vermişdim. Mahnı Teatrında solo konsertə hazırlaşıram. Çoxlu yeni mahnılarım var. Hamısını toplayıb albom da hazırlayacağam”, - söyləyən Lalə Məmmədova ikinci dəfə ana olmaq istəyini deyib:

“Hamı mənə bu sualı verir. Xoşbəxt ailəm var. Əgər qismət olsa, əbəttə, bu il ikinci dəfə ana olmaq niyyətindəyəm”.

Lalə Məmmədova onu da bildirdi ki, bu il daha bir böyük layihə hazırlayır. Bu, tarixi mövzuda çəkiləcək klipdir:

“Klip böyük maliyyə tələb edir. Bir çox yerlərə müraciət etmişik. Türkdilli xalqlarla işbirliyimiz olacaq. Klip təqdimatında səfirliklərin nümayəndələri, alimlər iştirak edəcək”