İkinci tur başlanır

ikinci-tur-baslanir
Oxunma sayı: 642

Birinci turda “Neftçi” ilə oyunu təxirə salınan “Bakı” bu gün mövsümdə ilk oyununa çıxır. “Zolaqlılar” “Simurq”la üz-üzə gələcək. Günün mərkəzi qarşılaşması Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “İnter”i qəbul edəcək. “Xəzər Lənkəran” isə Lənkəran şəhər stadionunda “Kəpəz”lə mübarizə aparacaq.

10 avqust

19:00. "Bakı" - "Simurq"
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Coşqun Həsənov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Xəqani Məmmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

19:00. "Qəbələ" - "İnter"
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Azər Əsgərov, Fuad Həsənov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu

19:30. "Xəzər Lənkəran" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, İsgəndər Əliyev, Fərid Məmmədov
AFFA nümayəndəsi:Ramiz Abdullayev
Hakim-inspektor: Əli Hüseynov
Lənkəran şəhər mərkəzi stadionu

Ceyhun Əhmədov