İkinci turun oyun cədvəli açıqlandı

ikinci-turun-oyun-cedveli-aciqlandi
Oxunma sayı: 641

Topaz Premyer Liqasının 2017/18 mövsümündə II turun oyun cədvəli açıqlanıb. “Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, turun matçları şənbə və bazar günü keçiriləcək.

“Səbail” – “Neftçi” matçı ilə start götürəcək tur “Qəbələ” – “Sumqayıt” qarşılaşması ilə yekunlaşacaq.
 
Bütün görüşlər “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

19 avqust (şənbə)

18:00. “Səbail” – “Neftçi”
“Dalğa Arena”

20:00. “Qarabağ” – “İnter”
“Azərsun Arena”

20 avqust (bazar)

17:00. “Kəpəz” – “Zirə”
Yevlax şəhər stadionu

20:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu