İkinci uşaqları olacaq

ikinci-usaqlari-olacaq
Oxunma sayı: 1475


39 yaşlı müğənni Ebru Gündeş dünən axşam saatlarında hamilə olduğunu öyrənib.

 “Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, 2 yaşlı Alara Zərrab adlı qızı olan Gündeş xoşbəxt xəbəri ilk olaraq ailəsi ilə paylaşıb. Daha sonra ikinci dəfə ana olacaq olan Ebru Gündeş xoşbəxtliyini Twitter səhifəsindəki izləyiciləri ilə paylaşıb: 

"Gözəl xəbəri sizinlə paylaşmaq istəyirəm. Bəli, Allahın izni ilə Alarama qardaş gəlir. Xoşbəxtliyimi paylaşan hər kəsə sonsuz təşəkkür edirəm". Qeyd edək ki, həyat yoldaşı Rza Zərrab keçən il Gündeşə analıq hədiyyəsi olaraq Kanlıcada dəyəri 26 milyon lira olan iki villa hədiyyə etmişdi. 

 Könül