İl başlayandan 117 kq narkotik dövriyyədən çıxarılıb

il-baslayandan-117-kq-narkotik-dovriyyeden-cixarilib
Oxunma sayı: 662

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 15 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 117 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 13 kiloqrama yaxın heroin, 7,2 kiloqram tiryək, 15,6 kiloqram həşiş və 81 kiloqramdan çox marixuana, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 900-dən çox çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.