İlahi tofiqat dedikdə nə nəzərdə tutulur?

ilahi-tofiqat-dedikde-ne-nezerde-tutulur
Oxunma sayı: 1105


“Qafqazinfo”nun Deyerler.org-a istinadən məlumatına görə, bu yolda hərəkət etmək üçün lazım olan vasitələr hazır olar. Maarifi daha yaxşı dərk edər və daha rahat əməl edər. Bu, o demək deyildir ki, günah yolu bağlanar, xeyr. Bəlkə günah yolu onun üçün çətin olar. (Tebyan)

Lakin o zaman ki, insan tofiqsiz qalar, dalbadal günah işlədər və ürəyi nalayiq işlərə tərəf meyl edər. Bu cür insan rahat yalan danışar, naməhrəmə rahat şəkildə baxar, İlahi maarifi çətin başa düşər. Mənəvi mövzuya qarşı meylsiz olar. Günahı tərk etmək onun üçün çətin olar.

Tofiqə nail olan insanlar haqqında Quran buyurur: “Amma kim (öz malından və var-dövlətindən Allah yolunda) bəxş etsə və təqvalı olsa və Allahın vədlərini təsdiq etsə, Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar)”. (“Ləyl” 5-7).

Lakin ikinci dəstə haqqında buyurur: “Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa və İlahi vədləri təkzib etsə, tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval-ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar)”. (“Ləyl” 8-10).

Ona görə də hər iki dəstə üçün yol açıq olar. Birinci dəstə rahat şəkildə xeyir işlər görər, lakin günah işlətmək onun üçün çətin olar. İkinci dəstə isə rahat şəkildə günah işlədər, tövbə edə bildiyi halda ona çətin olar. Ona görə də hər iki dəstə öz iradəsi ilə gedəcəyi yolu seçərlər. Birinci dəstədə olanlar rahat günah işlədə bilərlər, lakin bu onlar üçün çətin olar. İkinci dəstə rahat tövbə edə bilərlər, lakin bu iş onlar üçün çətin olar.

Rəhmətlik İmam (r.ə) tofiqat haqqında buyurur: “Ola bilsin ki, naməhrəmə edilən bir nəzər və ya dillə edilən kiçik bir büdrəmə insanı bir müddət tövhidin həqiqətindən saxlasın”.

Allah Təala bizləri Öz tofiqindən məhrum etməsin.