İlahiyyat İnstitutu ilə bağlı açıqlama

İlahiyyat İnstitutu ilə bağlı açıqlama
Oxunma sayı: 1221

Yeni yaradılan İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dinlər üzrə də mütəxəssislərin hazırlanması planlaşdırılır.
 

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) bildiriblər. Komitədən qeyd edilib ki, institutun bu ilin sentyabr ayından etibarən fəaliyyətə başlaması nəzərdə tutulub:

"Hazırda institutun nizamnaməsinin hazırlanması üzərində iş gedir. Bu işlər yekunlaşmaq üzrədir. Tələbə qəbuluna gəldikdə isə bu məsələ müzakirə mərhələsindədir. Onun həlli istiqamətində işlər aparılır".

DQİDK-dan qeyd edilib ki, İlahiyyat İnstitutunda tədris prosesinə xaricdə təhsil almış azərbaycanlılarla yanaşı, gələcəkdə xarici mütəxəssislərin də dəvət edilməsi nəzərdə tutulub. Hazırda institut üçün binanın müəyyənləşdirilməsi prosesi də davam edir. Bu məsələ ilə Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olur.

Qeyd edək ki, fevralın 9-da Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi