İlahiyyatçıdan Nadirə - - "Bu silikonlu şəxsi..."

ilahiyyatcidan-nadire-
Oxunma sayı: 8753


“Qafqazinfo” xəbər verir ki, bu barədə ilahiyyatçı facebook hesabında yazıb. Onun sözlərinə görə, SpaceTV-də “Sizin saat” verilişində Qafarzadə dini təhqir edən sözlər işlədib:

“Mahnı oxuyanlardan biri olan Nadir Qafarzadə SpaceTV-də kanalında dinin mövqeyini qeyd etdiyim zaman mənə, Allaha və dinə söyüş söyərək efiri tərk etdi. Təkrar efirə qayıtdı, sonra yenə tərk etdi. Bir daha qayıtdı.

Mövzu estetik cərrahiyyə ilə əlaqəli idi. Mənim insanların botoks, silikon qoydurmalarına etiraz etməyim adını çəkdiyim şəxsi özündən çıxartdı.

“Sizin saat” verilişinin aparıcısı olan Kamran Həsənli hər nə qədər efirə bu cür verilməyəcəyini bildirsə də, daha sonar zəng edib dözümlülük nümayiş etdirdiyimə görə təşəkkür etsə də, verilişin anonsundan gördüm ki, verilişin reytinq gətirəcək hissəsi efirə verilib, sadəcə söyüşün səsi eşidilmir…

Bu silikonlu şəxsi məhkəməyə verə bilərəmmi?”.