İlaxır çərşənbənin cinayətləri açıqlandı

ilaxir-cersenbenin-cinayetleri-aciqlandi
Oxunma sayı: 1260

Daxili İşlər Nazirliyi İlaxır çərşənbədə qeydə alınan kriminal statistikanı açıqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb. Axtarışda olan 31 nəfər saxlanılıb.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.   

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.