İlham Əliyev ABŞ rəsmisi ilə görüşdü

ilham-eliyev-abs-resmisi-ile-gorusdu
Oxunma sayı: 646

Hormats ABŞ Prezidentinin və dövlət katibinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı. Dövlət katibinin müavini Azərbaycanda gedən inkişaf proseslərini, xüsusilə də iqtisadiyyat və sənaye sahələrində aparılan uğurlu islahatların Ağ evdə yüksək qiymətləndirildiyini dedi.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərin, eləcə də qeyri-neft sektoruna qoyulan sərmayələrin müsbət nəticələr verəcəyinə əminliyinin ifadə edildiyi görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə, həmçinin iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Birgə Komissiyasının yaxın vaxtlarda keçiriləcək iclasının əməkdaşlığın konkret sahələrinin müzakirəsi baxımından əhəmiyyəti vurğulandı.