İlham Əliyev Almaniya prezidentini təbrik etdi

ilham-eliyev-almaniya-prezidentini-tebrik-etdi
Oxunma sayı: 646

"Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Biz Azərbaycan-Almaniya münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimiz və xalqlarımız arasındakı mövcud dostluq əlaqələri istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində əməkdaşlığımıza daim öz töhfəsini verməkdədir.

Əminəm ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə fəal əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da öz inkişafını müvəffəqiyyətlə davam etdirəcək və möhkəmlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Yoaxim Qauka möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.