İlham Əliyev Belarusda səfərdədir - Fotolar

ilham-eliyev-belarusda-seferdedir
Oxunma sayı: 2925

Prezident İlham Əliyev noyabrın 18-də Belarusa rəsmi səfərə yollanıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyevi Belarusun Baş nazirinin müavini Mixail Rusıy və digər rəsmi şəxslər qarşılayıblar.