İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi

ilham-eliyev-berdimehemmedovu-tebrik-etdi
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, təbrik məktubunda deyilir: “Türkmənistanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı və tərəqqisi naminə dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.