İlham Əliyev Binəli Yıldırımla görüşüb

ilham-eliyev-bineli-yildirimla-gorusub
Oxunma sayı: 1085

Prezident İlham Əliyev sentyabrın 21-də Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımla görüşüb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirakına görə Binəli Yıldırıma təşəkkürünü bildirib. Binəli Yıldırımın parlament sədri kimi də ilk rəsmi səfərini Azərbaycana etməsinin önəmini qeyd edən Prezident İlham Əliyev onun yenidən ölkəmizə səfərindən məmnunluğunu vurğulayıb. 

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirildi, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov iştirak edib.