İlham Əliyev BMT-nin baş qərargahında - Fotolar

ilham-eliyev-bmt-nin-bas-qerargahinda
Oxunma sayı: 2294

Bu gün Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda yerləşən baş qərargahında “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Çıxış edən ABŞ Prezidenti Donald Tramp BMT-də islahatlara ehtiyacın olduğunu bildirib və qurumun baş katibi Antonio Quterreşin bu istiqamətdə səylərini yüksək qiymətləndirib. D.Tramp vurğulayıb ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir.

A.Quterreş dünyada çoxlu sayda insanların münaqişələrdən, aclıqdan əziyyət çəkdiklərini bildirib:

“Bu insanların yardımımıza ehtiyacı var. Biz qurumda ciddi islahatlar həyata keçirməli, işimizi daha səmərəli icra etməliyik. Biz qlobal təşkilatıq və insanların bizə olan etimadını doğrultmalıyıq”, - deyə A.Quterreş vurğulayıb.