İlham Əliyev “Boeing” qəzasından yazdı- - mətn

ilham-eliyev-boeing-qezasindan-yazdi-
Oxunma sayı: 2514


Azərbaycan prezidenti İlham Əliyev Niderland Krallığının Baş naziri Mark Rütteyə başsağlığı məktubu yazıb. 

“Qafqazinfo”nun xəbərinə görə, məktubda deyilir: 

“Hörmətli cənab Baş nazir,

“Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninizin həlak olması xəbəri məni sarsıtdı.

Baş vermiş bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Prezident İlham Əliyev həmçinin Malayziyanın Baş naziri Dato’ Sri Mohd Nacibə başsağlığı məktubu göndərib. Məktubda deyilir:

“Hörmətli cənab Baş nazir,

“Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin Ukrayna ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.