İlham Əliyev Çili prezidentini təbrik etdi

ilham-eliyev-cili-prezidentini-tebrik-etdi
Oxunma sayı: 1484

Prezident İlham Əliyev Çili prezidenti Sebastian Pinyeraya təbrik məktubu göndərib.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Çili Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və tərəqqi diləyirəm”.