İlham Əliyev Çin sədriylə görüşdü- - Fotolar

ilham-eliyev-cin-sedriyle-gorusdu-
Oxunma sayı: 2324


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Çin Xalq Respublikasının sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdilər.

Görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı beynəlxalq, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.