İlham Əliyev Davosda bir sıra görüşlər keçirib - Yenilənib

ilham-eliyev-davosda-bir-sira-gorusler-kecirib
Oxunma sayı: 1237

Yanvarın 22-də Davosda prezident İlham Əliyevin və Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin görüşü olub.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, görüşdə “Total” şirkətinin Azərbaycanda reallaşdırdığı layihələr, o cümlədən “Abşeron” layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşüb.

***

Prezident İlham Əliyevin Davosda “Signify” şirkətinin (keçmiş “Phillips Lightning) baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.