İlham Əliyev diplomat xanımla görüşdü

ilham-eliyev-diplomat-xanimla-gorusdu
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı Karolin Braunun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə britaniyalı diplomata təşəkkürünü bildirən İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Xanım Karolin Braun öz növbəsində Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu bildirib. O, ölkəmizdəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Xanım Karolin Braun ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Nərgiz Ehlamqızı