İlham Əliyev Dmitri Medvedevə zəng edib

ilham-eliyev-dmitri-medvedeve-zeng-edib
Oxunma sayı: 639

ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə siyahısına Dmitri Medvedevin başçılıq etdiyi “Yedinaya Rossiya” Partiyasının qələbəsi münasibətilə Rusiya prezidentini təbrik edib.

Dmitri Medvedev göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını bildirib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə edib.