İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi qəbul etdi

ilham-eliyev-dunya-gomruk-teskilatinin-bas-katibi-qebul-etdi
Oxunma sayı: 644

“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanın Dünya Gömrük Təşkilatının çox fəal üzvü olduğunu vurğulayan prezident Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin növbəti 2012-ci il konfransının Bakıda keçirilməsinin önəmini qeyd edib. Dövlət başçısı Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin Bakı konfransının Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, İlham Əliyevin dəstəyi ilə ötən il Bakıda “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda uğurla keçən beynəlxalq konfransın Dünya Gömrük Təşkilatı üçün çox faydalı olduğunu deyib və həmin tədbirin nəticələri əsasında Brüsseldə mötəbər bir konfransın təşkil olunduğunu qeyd edib.

Görüşdə ölkəmizin Dünya Gömrük Təşkilatı ilə əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.