İlham Əliyev fransalı diplomatı qəbul edib

ilham-eliyev-fransali-diplomati-qebul-edib
Oxunma sayı: 635

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin geniş sahələri əhatə etdiyini vurğulayan prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri münasibətlərimizin yaxşı əlaməti kimi dəyərləndirdi. Qabriel Kellerin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Fransa arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən prezident İlham Əliyev səfirin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi işində iştirakından məmnunluğunu bildirən Qabriel Keller prezident İlham Əliyevin əlaqələrimizin
möhkəmləndirilməsinə verdiyi töhfənin önəmini qeyd edib.

AzərTAc